Son zəng

14 iyun 2022-ci il tarixdə məktəbdə "Son zəng" tədbiri keçirildi. Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. Həmçinin, DİM tərəfindən keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərən məzunlar təltif olundu. Tədbirə qonaq qismində qatılan YAP-ın Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov və digər çıxış edənlər də müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladılar. Tədbirdə məzunların çıxışları, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi