Batareyaları təhvil ver, təbiəti qoru

Batareyaların tərkibində qurğuşun, kadmium, litium, civə, sink və ətraf mühit üçün digər zərərli maddələr vardır. 1 ədəd işlənmiş batareyanın torpağa düşməsi təqribən 10-15 m2 ərazinin çirklənməsinə gətirib çıxarır.  İşlənmiş  batareyaları digər tullantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək deməkdir. Buna görə işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması üçün “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilmişdir.  Məktəbimizin müəllim və şagird kollektivi də bu aksiyaya qoşuldu. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, biologiya müəllimi İlahə Məmmədova layihənin icrasında yaxından iştirak etdilər, xeyli sayda işlənmiş batareyalar müəyyən olunmuş məntəqəyə təhvil verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi