Treninq keçirildi

Məktəbin psixoloqu Günay Məstiyeva 8b sinfində "Niyə ailədə və məktəbdə uşaqların təlim-tərbiyə göstəriciləri aşağıdır" mövzusunda 45 dəqiqəlik treninq keçirtdi. Məktəbin direktoru Zaur Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər də treninqdə iştirak etdilər. Burada müxtəlif aspektlərdən məsələyə toxunuldu. Uşaqların özünə inamsızlığı, özgüvən problemi, ailədən demotivasiyaedici davranışlar, uşaqların öz gələcəklərinə inam və s. mövzularda söhbət aparıldı. Uşaqlar məqsədli olmağa, daha inamlı addımlar atmağa motivə edildi. Onlarda ruh yüksəkliyinin yaradılmasına çalışıldı.