Həyat bizimlə gözəl

"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" ilə bağlı tədbir keçirildi. Məktəbin şəhid Həmid Abbasbəyli adına 4c və 0b sinif müəllimi Təranə Ağabəyovanın hazırladığı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Giriş sözü ilə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov bildir ki, uşaqlar bizim gələcəyimizdir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. Daha sonra tədbirdə qonaq qismində iştirak edənlər - Şəhid Həmid Abbasbəylinin anası Gülnarə xanım, Qazi Ülvi Qədir çıxış edərək uşaqlara gələcəkdə yaxşı təhsil almağı, layiqli vətəndaş kimi ölkəmizi dünya miqyasında tanıtmağı,vətənpərvər olmağı arzuladılar, uşaqlarla bir gün kecirməkdən qürurlandıqlarını vurğuladılar. Tədbirin davamında azyaşlı şagirdlərimizin çıxışında şeirlər söylənildi, mahnılar ifa olundu, rəqslər nümayiş etdirildi.