M.Ə.Sabir - 160 il

31 may 2022-ci il tarixdə M.Ə.Sabirin anadan olmasının 160 illik yubiley tədbiri keçirildi. Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirdir. Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır. Məktəbimiz 40 ildən çoxdur görkəmli şairin adını daşıyır. İlk olaraq sıra düzülüşü zamanı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aidə Mirzəbəyova M.Ə.Sabirin həyatı və yaradıcılıq yolu barədə şagirdlərə ətraflı məlumat verdi. Şagirdlərin çıxında şeirləri səsləndirildi. Məktəbin akt zalında ədəbi-bədii gecə təşkil olundu. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Osmanovanın hazırladığı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək bildirdi ki, Mirzə Ələkbər Sabirin satiraları özünəməxsusluğu, orijinallığı, sələflərinin poeziyasından fərqli xüsusiyyətləri ilə seçilir, şeirləri xələflərinə, ədəbi prosesə güclü təsir göstərən milli və bəşəri mövzulardır. Tədbirin qonaqları biologiya üzrə fəlsəfə doktoru, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, M.Ə.Sabirin nəvəsi Sevda Tahirli, tarix elmləri doktoru, professor Şikar Qasımov, mədəniyyət işçisi, yazıçı İradə Əlili, həmçinin, M.Ə.Sabir adına Balaxanı kitabxanasının əməkdaşları çıxış edərək tədbiri yüksək qiymətləndirdilər. Şagirdlərin çıxışında Sabir yaradıcılığından müxtəlif mövzularda nümunələr səsləndirildi, səhnələşdirilmiş şəkildə nümayiş etdirdilər. Şairin sözlərinə yazılmış mahnılar ifa olundu. Videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi