Şagirdlərimizin ekskursiyası

Məktəbin Va sinif şagirdləri coğrafiya müəllimi Elnarə Məmmədova, tarix müəllimləri Vəfa Babayeva, Nərmin Qənbərova ilə birlikdə Sabunçu rayonu 192№li tam orta məktəbdə yaradılan "Zəfər tarixi" muzeyində oldular. Muzeydə Azərbaycanın Milli qəhrəmanları, şəhid təhsil işçiləri, ermənilərin təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.Şagirdlərimiz muzeydə “Biz qalib gəldik!”, “Qarabağ Azərbaycandır!”, “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!”, “Rəşadətli Azərbaycan ordusu”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Vətən müharibəsi qəhrəmanları”, “Dəmir yumruq birliyimizdir!” mövzularında stendlərlə yaxından tanış oldular. Muzeydə şagirdlərin əl işləri olan “Şuşa” və “Xudafərin körpüsü” maketləri, eyni zamanda, xalqımızın milli adət-ənənələrini əks etdirən müxtəlif növ sənətkarlıq nümunələri xüsusi maraq doğurur. Ekskursiya üçün yaradılan şəraitə görə 192 №li tam orta məktəbin direktoru Təhmasib Məmiyevə öz təşəkkürümüzü bildiririk.