Seminar keçirildi

24 may 2022-ci il tarixdə məktəbin biologiya müəllimi Yeganə Əliyeva VII sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" mövzusunda seminar keçdi. Məqsəd gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.Görüş zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verildi, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirmə söhbətləri apardı.