Şair ilə görüş

Məktəbin tarix müəllimi Vəfa Babayeva şagirdləri ilə birlikdə F. Köçərli adına Respublika Uşaq Kitabxanasında şair Zahid Xəlil ilə keçirilən görüşdə iştirak etdilər. Zahid Xəlil Azərbaycan ədəbi-mədəni mühitində şair, nasir, həm də uşaq ədəbiyyatının istedadlı tədqiqatçısı kimi tanınmış alimdir. Dövrün yeniləşən ruhuna, milli mənsubluq duyğusuna, orijinal yanaşmalara köklənən şair bir-birindən maraqlı bədii örnəklərin yaranmasında xidmət göstərmiş ziyalıdır. Görüş zamanı məktəblilər şairin yaradıcılığından nümunələr səsləndirdilər. Daha sonra şair məktəbliləri maraqlandıran sualları cavablandırdı.