Zərərli vərdişlərə yox deyək!

23 may 2022-ci il tarixdə məktəbin biologiya müəllimi İlahə Məmmədova yuxarı sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici söhbət apardı. İ.Məmmədova zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumat verərək, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səslədi. Daha sonra zərərli vərdişlərin insan sağlamlığına vurduğu zərərlər haqqında şagirdlərin məruzələri dinlənildi.