Nümunəvi dərs keçirildi

20 may 2022-ci il tarixdə ibtidai sinif müəllimi Gülarə Balayevanın Iç sinfində nümunəvi dərsi keçirildi. Həyat bilgisi fənni üzrə "Yol hərəkəti qaydaları" mövzusunda keçirilən dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərs məktəbin direktoru Zaur Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Samir Ağalarov, Aydan Nəsirzadə və digər fənn müəllimlərinin iştirakı ilə keçirildi. Dərs müasir təlim standartlarına cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, qruplarla iş və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.