Xüsusi dərs keçirildi

Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli sərəncamının icrası ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq 17 may 2022-ci il tarixdə məktəbin çağıraşaqədərki hərbi hazırlıq müəllimi-hərbi rəhbəri Marif Tağıyev "Şuşa ili" mövzusunda xüsusi dərs keçdi. X,XI  sinif şagirdlərinin iştirakı ilə keçilən dərsdə M.Tağıyev vurğuladı ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Daha sonra şagirdlərin təqdimatları dinlənildi, videoçarxlar nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi