Heydər Əliyev-xüsusi dərs

10 may 2022-ci il tarixdə ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar məktəbin Çağırışaqədər hərbi hazırlıq müəllimi - hərbi rəhbər Marif Tağıyev X,XI siniflərdə xüsusi dərs keçdi. Ulu öndər Heydər Əliyevə həsr olunmuş dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Təqdimatla çıxış edən Marif Tağıyev vurğuladı ki, Ümummilli lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Dərs şagirdlər tərəfindən maraqla dinlənildi.