Ulu bir sərkərdə, ulu bir öndər

10 may 2022-ci il tarixdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Ulu bir sərkərdə, ulu bir öndər" adlı tədbir keçirildi. Məktəbin 3ç sinif müəllimi Günay Allahverdiyevanın şagirdləri ilə birlikdə hazırladığı tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, tarix müəllimi Vəfa Babayeva da çıxışlarında bildirdilər ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Tədbirin davamında şagirdlər dahi liderə həsr olunmuş şeirlər səsləndirdilər, mahnılar ifa etdilər, videoçarx nümayiş olundu.