Ulu öndər anıldı

10 may 2022-ci il tarixdə sıra düzülüşü zamanı Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Dahi liderə həsr olunmuş mahnılar səsləndirildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək bildirdi ki, bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Məktəbin tarix müəllimi Nərmin Qənbərova isə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə şagirdlərə məlumat verdi. Daha sonra şagirdlərin çıxışında Ümumilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi