Şəhidimiz anıldı

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Muxtar Qasımlıdır. Məktəbin VIa sinif rəhbəri Vəfa Babayeva şagirdlər ilə birlikdə sinfin adını daşıdığı şəhid Muxtar Qasımlının məzarını ziyarət etdilər. Şəhidimizin anası Almaz xanımla da görüşdülər. Almaz xanım şəhidin həyat və döyüş yolu barədə şagirdlərə ətraflı məlumat verdi. Məktəblilər şəhidin məzarı önünə qərənfil qoydular. Allah şəhidlərimizə rəhmət eləsin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi