Kitab müzakirəsi keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Oxu günü" tədbirinin keçirilməsi ilə bağlı 18 aprel 2022-ci il tarixli F-147 №li əmrinin icrası ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanmışdır. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Osmanova 8c sinif şagirdləri ilə birlikdə məktəb kitabxanasında kitab müzakirəsi keçirtdilər. Şagirdlər oxuduqları bədii nümunələrlə bağlı fikirlərini yoldaşları ilə bölüşdülər.