Müəllimlərin uğuru

Azərbaycan Respublikası Təhsil Nazirliyi hər zaman gənc müəllimləri həvəsləndirmək və onlara dəstək olmaq üçün yeni layihələr irəli sürür. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının rəhbərliyi ilə "Fərq yaradan gənc müəllim" layihəsinə start verib. Məhz bu məqsədlə AGMA idarə heyəti AzTv telekanalında yayımlanan "Gəncsən" verilişinin qonağı olub. Məktəbimizin ibtidai sinif müəllimi, həmçinin Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Bakı şəhəri üzrə koordinatoru Təranə Ağabəyova  və riyaziyyat müəllimi İsmət İbrahimzadə də bu verilişə dəvət aldılar. Onlar "Fərq yaradan gənc müəllim" layihəsi haqqında müzakirədə aktiv şəkildə iştirak edərək digər gənc müəllimlərə öz pedaqoji təcrübələrindən nümunələr gətirərək məsləhətlər veriblər. Hər iki müəllimimizə fəaliyyətində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi