İclas keçirildi

07 aprel 2022-ci il tarixdə məktəbdə ibtidai sinif müəllimlərinin iştirakı ilə iclas keçirildi. İlk olaraq çıxış edənlər - məktəbin ibtidai siniflər üzrə direktor müavini Aydan Nəsirova, tərbiyə işləri üzrə direktor müavini Günay Eyvazova iclas iştirakçılarını gündəlik məsələlər, həmçinin, qarşıda duran vəzifələrlə tanış etdilər. Daha sonra "eTwinning Plus" layihəsinə qoşulmuş və uğurla iştirak etmiş məktəbin ibtidai sinif müəllimi Təranə Ağabəyova təqdimatla çıxış etdi. T.Ağabəyova layihədə iştirak etmənin müsbət cəhətləri, eyni zamanda öz təcrübəsi ilə bağlı fikirlərini müəllimlərlə bölüşdü.