Aprel döyüşləri - böyük zəfərin başlanğıcı

Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib. Aprel döyüşlərinin ildönümü ərəfəsində məktəbin GÇHH müəllimi - hərbi rəhbər Marif Tağıyev Xa sinfində xüsusi dərs keçdi. Dərs müddətində şagirdlərə döyüşlərin tarixi barədə ətraflı məlumat verildi. M.Tağıyev vuruladı ki, Azərbaycan ordusu döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Aprel müharibəsi 44 günlük döyüşlərin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu.Dörd günlük müharibə 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi. Qələbə paradı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi