Bahar çələngi adlı tədbir

BŞTİ-nin 01.03.2022-ci il tarixli F-85 №li əmri ilə təsdiq edilmiş "Bahar çələngi"layihəsinin icrası ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq 17 mart 2022-ci il tarixdə məktəbdə "Bahar çələngi" adlı tədbir keçirildi. Tədbirin girişində Novruz bayramının tarixi, ənənələri barədə məlumat verildi. Şagirdlərin çıxışında bayram əhval-ruhiyyəli rəqslər, mahnılar ifa olundu. Novruzun rəmzi olan Bahar qızı tədbir iştirakçılarının bayramını təbrik etdi. Kosa-keçəl isə Novruz şənliyinə xüsusi rəng qatdı.