Xaricdə yaşayan azərbaycanlıların Novruzu

BŞTİ-nin 01.03.2022-ci il tarixli F-85 №li əmri ilə təsdiq edilmiş "Bahar çələngi"layihəsinin icrası ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq Novruz bayramı qeyd olunan digər ölkələrin adət-ənənələri, eləcə də, xaricdə yaşayan azərbaycanlıların Novruzu hansı şəkildə qeyd etmələri barədə şagirdlərə məlumatlar verildi. Həmçinin, 3c sinif müəllimi Vəfa Tağıyeva şagirdlərə Sankt-Peterburqda yaşayan azərbaycanlıların bayram şənliyindən videoçarx nümayiş etdirdi.