Novruz bayramı və mətbəx mədəniyyətimiz

BŞTİ-nin 01.03.2022-ci il tarixli F-85 №li əmri ilə təsdiq edilmiş "Bahar çələngi"layihəsinin icrası ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq "Novruz bayramı və mətbəx mədəniyyətimiz" adlı kulinariya günü keçirildi. 1ç,1d,3b sinif şagirdləri Novruz şirniyyatlarının hazırlanması ilə tanış oldular. Müəllimlər tərəfindən şagirdlərə Novruz bayramında süfrələri bəzəyən milli mətbəximiz barədə ətraflı məlumat verildi.