Məktəb həyətinin yaşıllaşdırılması

BŞTİ-nin 01.03.2022-ci il tarixli F-85 №li əmri ilə təsdiq edilmiş "Bahar çələngi"layihəsinin icrası ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq 16 mart 2022-ci il tarixdə məktəb həyətində yaşıllaşdırma işləri aparıldı. Məktəbin Va sinif şagirdləri müxtəlif növ ağaclar və güllər əkdilər. Məktəbin direktoru Zaur Yusifov ağacəkmə aksiyasında iştirak edərək şagirdlərin bu təşəbbüsünü müsbət dəyərləndirdi. Məktəbin coğrafiya müəllimi Elnarə Məmmədova da şagirdləri ilə birlikdə yaşıllaşdırma işində fəallıq göstərdi və onlara bildirdi ki, yaşıllıqlar insan sağlamlığına xidmət edir.