Bahar çələngi guşələri

BŞTİ-nin 01.03.2022-ci il tarixli F-85 №li əmri ilə təsdiq edilmiş "Bahar çələngi"layihəsinin icrası ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq 15 mart 2022-ci il tarixdə məktəbin müxtəlif siniflərində və həmçinin, foyedə "Bahar çələngi" adlı guşələr yaradıldı. Guşələrin yaradılmasında məqsəd şagirdlərimizi mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir. Eyni zamanda məktəbin həyətində bayram tonqalı yandırıldı və şagirdlər tonqal ətrafında yallı getdilər, bayramlaşdılar.