İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu

BŞTİ-nin 08.02.2022-ci il tarixli F-53 nömrəli əmri ilə təsdiq edilmiş "İrəvan Müəllimlər Seminariyasının 140 illiyi"nin qeyd edilməsi haqqında tədbirlər planının icrası ilə əlaqədar 10 mart 2022-ci il tarixdə məktəb kitabaxanasında "İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu" mövzusunda dəyirmi masa keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Əsgərova İrəvan Müəllimlər Seminariyasının tarixi haqqında dəyirmi masa iştirakçılarına məlumat verdi. Daha sonra şagirdlər İrəvan Müəllimlər Seminariyası, Firudin bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış etdilər.