F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya

BŞTİ-nin 08.02.2022-ci il tarixli F-53 nömrəli əmri ilə təsdiq edilmiş "İrəvan Müəllimlər Seminariyasının 140 illiyi"nin qeyd edilməsi haqqında tədbirlər planının icrası ilə əlaqədar məktəbin Va sinif şagirdləri sinif rəhbəri Elnarə Məmmədova ilə birlikdə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Şagirdlər kitabxana ilə yaxından tanış oldular. Həmçinin, yazıçı Gülzar İbrahimova ilə görüşdülər. Sonda xatirə şəkli çəkildi.