Pedaqoji şuranın iclası keçirildi

04 mart 2022-ci il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. İlk olaraq öz ərizəsi işdən azad olunan texnologiya müəllimi Rəhilə Nurməmmədovaya və musiqi müəllimi Qurbanxanım Əhmədovaya çalışdıqları müddət ərzində səmərəli fəaliyyətlərinə görə təşəkkür edildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi. Müxtəlif siniflərdə keçirilən monitorinq imtahanlarının nəticələri müzakirə olundu. Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri - Samir Ağalarov, Aydan Nəsirzadə, tərbiyə işləri üzrə direktor müavini Günay Eyvazova, UBT rəhbəri Sevinc Ramazanovanın hesabatları dinlənildi.