Audiokitab təqdimatı

Məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Sevinc Ramazanova, kitabxanaçı Dilarə Əliyeva və şagirdlərimiz Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir adına kitabxanada audiokitab təqdimatında oldular. Tədbir iştirakçılarına bildirildi ki, «Audiokitab» yeni texnologiyalar vasitəsilə insanların klassik və müasir Azərbaycan və dünya yazıçıları və onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair layihədir.