IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi

03 mart 2022-ci il tarixdə məktəbin illik fəaliyyət planına uyğun olaraq IX sinif valideynləri ilə görüş keçirildi. Məqsəd şagirdlərin diaqnostik qiymətləndirmə nəticələrinin müzakirəsi, təlimdə geri qalan şagirdlərə dəstəyin göstərilməsi, onlar üçün məktəbdə əlavə məşğələlərin salınması haqqında müzakirə aparmaq, valideynlərin fikirlərini və təkliflərini dinləmək, buraxılış imtahanlarında şagirdlərin yüksək nailiyyətlər qazanmasına şəraitin yaradılmasıdır. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək valideynlərə şagirdlərin təlim nəticələri haqqında məlumat verdi.Problemlərin aradan qaldırılması yollarını izah etdi. Bildirdi ki, IX sinif buraxılış imtahanlarında şagirdlərin yaxşı təlim nəticələri əldə etməsinə çalışmalıyıq. Fənn müəllimləri çıxış edərək valideynlərə tövsiyyələrini verdilər. Valideynlərin sualları cavablandırıldı. Sonda valideynlərə övladlarının davamiyyətlərinə nəzarətin gücləndirilməsi və əlavə məşğələlərdə iştirak etməsini təmin etmələri tövsiyyə olundu.