Xocalı soyqırımı - XX əsrin faciəsi

25 fevral 2022-ci il tarixdə məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 fevral 2022-ci il tarixli F-81 və BŞTİ-nin 14 fevral 2022-ci il tarixli F-63 nömrəli ilə təsdiq edilmiş "Xocalı soyqırımının 30-cu ildönümü"ilə əlaqədar tədbirlər planının icrasına uyğun olaraq "Xocalı soyqırımı - XX əsrin faciəsi" adlı dəyirmi masa keçirildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək bildirdi ki,  Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Tarix müəllimi Vəfa Babayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Aidə Mirzəbəyova çıxışlarında vurğuladılar ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Daha sonra şagirdlər Xocalı soyqırımına həsr olunmuş təqdimatlarla çıxış etdilər, şeirlər səsləndirdilər, videoçarxlar nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi