Dərsdinləmə keçirildi

21 fevral 2022-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Osmanovanın Vç sinfində dərsdinləməsi keçirildi. Azərbaycan dili fənni üzrə sifətin dərəcələri mövzusunda keçirilən dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərsdinləmə məktəbin direktoru Zaur Yusifov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, digər fənn müəllimlərinin iştirakı ilə keçirildi. Dərs müasir təlim standartlarına cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi