Ana harayı abidəsinə ziyarət

"Xocalı soyqırımı"nın 30-cu ildönümü ilə əlaqədar məktəbin tarix müəllimi Vəfa Babayeva və informatika müəllimi Əminə Nəsirova VIa və VIIIb sinif şagirdləri ilə birlikdə "Ana harayı" abidəsini ziyarət etdilər. Şagirdlərə soyqırımın tarixi barədə ətraflı məlumat verildi. Şagirdlər abidə önünə qərənfillər düzərək soyqırım qurbanlarının əziz xatirəsini yad etdilər.