Ana dilimiz milli sərvətimizdir

21 fevral - Ana dili günü münasibətilə məktəbdə "Ana dilimiz milli sərvətimizdir" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra günün tarixi barədə məlumat verildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək bildirdi ki, dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Daha sonra şagirdlər ana dilimizə həsr olunmuş şeirlər səsləndirdilər, mahnılar ifa etdilər.