Şeir müsabiqəsi keçirildi

18 fevral 2022-ci il tarixdə "21 fevral Ana dili günü"nə həsr olunmuş "Ana dilimiz şirindir" adlı şeir müsabiqəsi keçirildi. Məktəbin direktoru Zaur Yusifov giriş sözü ilə çıxış edərək vurğuladı ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Daha sonra V-IX sinif şagirdləri müxtəlif məzmunlu şeirlər səsləndirdilər. Şagirdlərimizə uğurlar arzu edirik.