Narkomaniya əsrin bəlasıdır

13 oktyabr 2016-cı il tarixdə məktəbdə şagirdlərlə "Narkomaniya əsrin bəlasıdır" mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə Sabunçu RPİ-nin rəis müavini polis polkovnik leytenantı S.İsmayılov, azyaşlılarla işlər üzrə bölmə rəisi polis mayoru Ə.Babayev, Sabunçu rayon İH-nin Yetkinlik yaşına çatmayanlarla iş üzrə məsul katibi S.Hümmətova, həkim-narkoloq V.Yusifov çıxış edərək narkotik vasitələrin ziyanlarından, insan orqanizminə vurduğu zərərdən bəhs etdilər. Videoçarx nümayiş olundu. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.