Bilik yarışı keçirildi

01 fevral 2022-ci il tarixdə məktəbdə III siniflər arasında bilik yarışı keçirildi. Yarış 44 günlük Vətən müharibəsi şəhidi Vüqar Nəcəfovun əziz xatirəsinə həsr olunmuşdur. Tədbirin girişində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Zaur Yusifov və təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxış edərək bildirdilər ki, hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq.  Daha sonra suallar səsləndirildi. Yarışmanı şəhidin adını daşıdığı IIIa sinfi qazandı. Şagirdlərimizi təbrik edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi