Nümunəvi dərs keçirildi

28 yanvar 2022-ci il tarixdə IIc sinif müəllimi Ariya Vəliyeva Azərbaycan dili fənni üzrə nümunəvi dərs keçdi. Keçirilən dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərs məktəbin direktoru Zaur Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, ibtidai sinif müəllimi Gülarə Balayevanın iştirakı ilə keçirildi. Dərs müasir təlim standartlarına cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.