Nümunəvi dərs keçirildi

19 yanvar 2022-ci il tarixdə IVç sinif müəllimi Səadət Cəbrayılova Azərbaycan dili fənni üzrə nümunəvi dərs keçdi. "Dünyagörmüş baba" mövzusunda keçirilən dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərs məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, metodbirləşmə sədri Vəfa Tağıyevanın və ibtidai sinif müəllimlərinin iştirakı ilə keçirildi. Dərs müasir təlim standartlarına cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.