20 Yanvar faciəsi qan yaddaşımızdır

20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi haqqında BŞTİ-nin 14.01.2022-ci il tarixli F-07№li əmrinin icrası ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirdlər planının icrasına uyğun olaraq 19 yanvar 2022-ci il tarixdə məktəbdə "20 Yanvar faciəsi qan yaddaşımızdır" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər-məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, hərbi rəhbər Marif Tağıyev çıxışlarında vurğuladılar ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Tədbirə qonaq qismində dəvət olunan qanlı gecənin şahidi, Balaxanı qəsəbəsi sakini Rahim Orucov çıxış edərək ağrılı-acılı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Daha sonra məktəbin 3a sinif müəllimi Feridə Seyidbəylinin şagirdlərinin çıxışları dinlənildi. Şagirdlər səhnəcik nümayiş etdirdilər, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər, mahnılar ifa etdilər.