20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirildi

20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi haqqında BŞTİ-nin 14.01.2022-ci il tarixli F-07№li əmrinin icrası ilə əlaqədar məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirdlər planının icrasına uyğun olaraq 18 yanvar 2022-ci il tarixdə X və XI siniflərdə xüsusi dərslər keçirildi. Məktəbin GÇHH müəllimi-hərbi rəhbəri Marif Tağıyev şagirdlərə 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verdi. M.Tağıyev vurğuladı ki, Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Şagirdlərə həmin gecəni əks etdirən kadrlar da nümayiş olundu.