Riyaziyyat gecəsi keçirildi

28 dekabr 2021-ci il tarixdə riyaziyyat aylığı çərçivəsində "Riyaziyyat gecə"si keçirildi. Riyaziyyat müəllimi Dürdanə Alıyevanın VIb sinif şagirdləri ilə birlikdə hazırladığı tədbirdə şagirdlər riyazi terminləri tərənnüm edən şeirlər səsləndirdilər. Dahi şəxsiyyətlərin riyaziyyat haqqında aforizmləri səsləndirildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək şagirdlərə uğurlar arzuladı.