Bilik yarışı keçirildi

27 dekabr 2021-ci il tarixdə məktəbdə şəhid baş leytenant Həmid Abbasbəylinin əziz xatirəsinə həsr olunmuş VII siniflər arasında "Mən azərbaycanlıyam" adlı bilik yarışı keçirildi. Tədbirin girişində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Zaur Yusifov və təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxış edərək bildirdilər ki, hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Şəhid Həmid Abbasbəylinin adını daşıdığı IVc sinif şagirdi İsmayıl Rəsulov şəhidin həyatı və döyüş yolu barədə məlumat verdi, Günay Nəbiyeva şəhidə həsr olunmuş şeir səsləndirdi. Daha sonra suallar səsləndirildi. Yarışmanı VIIb sinfi yüksək nəticə göstərərək qazandı. Şagirdlərimizi təbrik edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi