Nizami Gəncəvi əsərlərinin müzakirəsi istiqamətində debat

24 dekabr 2021-ci il tarixdə Nizami Gəncəvi irsinin və əsərlərinin təbliği istiqamətində debat təşkil olundu. Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, əsasən, hazırlanmış məktəbin tədbirlər planına uyğun olaraq təşkil olunan debatda 10a sinif şagirdləri dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında araşdırmalarını təqdim etdilər. Tədbirin davamında məktəbin direktoru Zaur Yusifov çıxış edərək vurğuladı ki, qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Həmçinin, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini S.Ağalarov, Azərbaycan dili və ədəbiyyat müəllimi A.Mirzəbəyova, psixoloq S.Alxazova öz çıxışlarında Nizami sənətinin cahan bədii təfəkkürünə qüvvətli təsirindən bəhs etdilər.