Aşıq Ələsgər irsinin təbliği

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq, 23 dekabr 2021-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Haşımova Tiflisxanım 8a sinfində  Aşıq Ələsgər irsinin təbliği və kitabları ilə tanışlıq məqsədilə dəyirmi masa təşkil etdi. İlk olaraq Aşıq Ələsgərin həyat və yaradılığı barədə tədbir iştirakçılarına məlumat verildi. T.Haşımova Aşıq Ələsgərin irsinin təbliği istiqamətində görülən işlərdən danışdı. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək bildirdi ki,  Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Daha sonra şagirdlər aşığın yaradıcılığından nümunələr səsləndirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi