Aşıq Ələsgər və Azərbaycan folkloru adlı şeir müsabiqəsi

22 dekabr 2021-ci il tarixdə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, hazırlanmış tədbirlər planına uyğun olaraq "Aşıq Ələsgər və Azərbaycan folkloru" adlı şeir müsabiqəsi keçirildi. İlk olaraq Aşıq Ələsgər yaradıcılığı haqqında məlumat verildi və videoçarx nümayiş olundu. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək vurğuladı ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Tədbirin davamında VI-IX sinif şagirdlərinin çıxışları dinlənildi. Şagirdlər Aşıq Ələsgərin yaradıcılığından müxtəlif mövzuda nümunələr səsləndirdilər. Nəticələr növbəti gün elan olunacaq. Şagirdlərə uğurlar arzulayırıq.