Şəhidliyə gedən yol mözsuzunda müsabiqə

14 dekabr 2021-ci il tarixdə məktəbdə Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən Sabunçu rayon tam orta məktəblərin şagirdlərindən ibarət komandaları arasında "Şəhidliyə gedən yol" mövzusunda səhnəcik müsabiqəsi keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə ilk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov vurğuladı ki, hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Müsabiqədə qonaq qismində iştirak edən 44 günlük Vətən müharibəsi qazisi Xəzər Məlikov 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad olunmasında payının olmağından qürur hissi keçirdiyini bildirdi. Həmçinin, digər tədbir iştirakçıları da çıxış etdilər. Daha sonra 4 №li tam orta məktəb və 259 №li tam orta məktəbin komandaları hazırladıqları səhnəcikləri nümayiş etdirdilər. Münsiflər heyətinin qərarına əsasən, 259 №li məktəbin komandları I və III yerə, 4 №li məktəbin komandası isə II yerə layiq görüldülər və diplomlarla təltif olundular.