Steam Azərbaycan Festivalı

Bu gün Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan festivalı 2021 təşkil olundu. Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev, Steam Azərbaycan layihəsinin rəhbəri cənab İlqar Nəzərov çıxış etdilər. Məktəbimiz 2 komanda ilə festivalda təmsil olundu. Fənn müəllimləri Əminə Nəsirova və Lamiyə Axundovanın rəhbərlik etdikləri komandalar "Microbitlə Katapult" layihəsi ilə uğurla çıxış etdilər və 3 mərhələ keçərək finalda iştirak hüququ qazandılar. Final mərhələsinin nəticələri sabah açıqlanacaq. Komandalarımıza uğurlar arzulayırıq.