Yol hərəkəti qaydalarını öyrənək!

Bu gün 3c sinif müəllimi Vəfa Tağıyeva şagirdləri ilə birlikdə yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirtdi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək vurğuladı ki, bu səpkidə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Tədbirdə azyaşlı şagirdlər yol hərəkəti qaydalarını izah edən müxtəlif səhnəciklər nümayiş etdirdilər, məlumat xarakterli çıxışlar etdilər. Əsas fikir olaraq şagirdlərə məlumat verildi ki, yol hərəkəti qaydaları yolda, küçədə insanların təhlükəsizliyini təmin edir, onların həyatını qoruyur.