Şəhidimiz anıldı

Bu gün I Qarabağ müharibəsi şəhidi Nofəl Qurbanov anıldı. I Qarabağ müharibəsi zamanı cəbhəyə könüllü yollanan şəhid Nofəl Qurbanov 1992-ci ildə "Daşaltı" əməliyyatı zamanı itkin düşmüşdür. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə məktəbin direktoru Zaur Yusifov açaraq bildirdi ki, şəhidlərimizi anmaq və onlar haqqında şagirdlərə məlumat vermək hər birimizin borcudur. Daha sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini S.Ağalarov, psixoloq S.Alxazova və şəhidin ailə üzvləri çıxış etdilər. Tədbirin davamında şəhidin adını daşıyan 6ç sinif şagirdlərinin çıxışında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi.