Mütəhərrik oyunları üzrə yarış keçirildi

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə məktəbin fiziki tərbiyə müəllimi Sima Əliyeva "Şəhid Arəstə Baxışovanın əziz xatirəsinə həsr edilmiş məktəbli qızlar arasında keçirilən mütəhərrik oyunlar yarışı" layihəsi üzrə qrant qazanmışdır.
Bu gün məktəbin idman zalında yarışın ilk mərhələsi keçirildi. Öncə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov iştirakçılara uğurlar arzuladı. 69№li məktəbin və 259 №li məktəbin şagirdləri yarışdılar. 259№li tam orta məktəbin şagirdləri yarışda qalib gəldi və finala vəsiqə qazandılar. Qalib gələn şagirdlər diplomlarla təltif olundular. Şagirdlərimizi təbrik edirik və finalda uğurlar arzulayırıq.